Lalə Anargilə getmək istədi. O, 10 nömrəli evin qabağına çatanda dayandı.
Lalə Anarın 6 nömrəli evdə yaşadığını xatırladı.
– Lalə neçə ev geri qayıtmalıdır?
– O bunu necə müəyyən edə bilər?
Açar sözlər
• geri sayma
Öyrənmə
Fərqi tapmaq üçün ədəd oxundan da istifadə etmək olar. Bunun üçün əvvəlcə
ədəd oxu üzərində azalanın yeri tapılır. Sonra isə çıxılan qədər geri sayılır.
Alınan ədəd fərqi göstərir.
8 ədədindən 3 vahid geri saydıqda 5 ədədi alınır.
Bələdçi
Təsvir olunan kublarla ədəd oxunda çıxmanı uyğunlaşdırın. Müvafiq misalı yazın.