Çıxma – bir əşya qrupundan müəyyən sayda əşyanın ayrılması.
Ədəd – sayı, yaxud nömrəni bildirən simvollar yığını. Ədədi yazmaq üçün rəqəmlərdən istifadə olunur.
Ədədi ifadə – ədədlərdən və əməl işarələrindən (məsələn: +; –) ibarət ifadə.
Ədəd oxu – ədədlərin düz xətt üzərinə eyni uzaqlıqda ardıcıl düzülməsi.
Ədədin ikiqatı – ədədi özü ilə topladıqda alınan ədəd.
Ən böyük ədəd – verilmiş ədədlərin ən böyüyü.
Ən kiçik ədəd – verilmiş ədədlərin ən kiçiyi.
Ədəd üçlüyü – tam və onun iki hissəsindən ibarət üç ədəd.
Əlamət – əşyanı tanıdan xüsusiyyət. Məsələn: rəngi, forması, ölçüsü əşyanın əlamətidir.
Əşyaların sayı – qrupda olan əşyadan neçə dənə olduğunu bildirən ədəd.
Almalar qrupu
Qanunauyğunluq – obyekt və hadisələrin müəyyən qayda ilə təkrarlanması.
Qrup – ümumi əlaməti (məsələn: forması, rəngi, ölçüsü) olan əşyalar yığını.