MƏSƏLƏ HƏLLİNƏ
1-ci addım • • •
MƏSƏLƏNİ
ANLA
• • • • • • məsələni başa düşmək
Nəyi tapmalıyam: Lalənin boşqaba neçə nar qoyduğunu.
Nə məlumdur: səbətdə əvvəl 10 nar var idi, 3 nar qaldı.
2-ci addım • • •
PLAN
QUR
• • • məsələnin həll yolunu fikirləşmək
Necə həll edə bilərəm: çıxılanı tapmaq üçün misal yazaram.
3-cü addım • • •
HƏLL
ET
• • • • • • məsələni həll etmək
Uyğun misal yazıb həll edərəm:
4-cü addım • • •
YOXLA
• • • • • • cavabı yoxlamaq
Məsələnin həllini necə yoxlaya bilərəm: səbətdə qalan narların sayı ilə (3) boşqabdakı narların sayını (7) toplayaram. Alınan cəm 10-a bərabərdirsə, cavab doğrudur.
7 + 3 = 10