Hər rəfə 10 kitab yerləşir. Lalə masadakı kitabları rəflərə yığdı.
O, əvvəlcə yuxarı rəfi tamamladı, sonra qalan kitabları aşağı
rəfə yığdı.
• Aşağı rəfdə neçə kitab oldu?
Açar sözlər
• 10-a tamamlama
Öyrənmə
Bir çox hallarda 10-dan kiçik iki ədədin cəmi 10-dan böyük ola bilər.
Məsələn, 8 + 5. Bu halda böyük toplananı 10-a tamamlamaqla cəmi
daha asan tapmaq olar.