Samir 10 gilas və 3 ərik
yedi. O, cəmi neçə meyvə
yedi?
Mağazada günortaya kimi 12,
günortadan sonra isə 5 qutu çay
satıldı. Gün ərzində mağazada neçə
qutu çay satıldı?
Aynur 8 sarı və 7 qırmızı
muncuqdan qolbaq düzəltdi.
Qolbaqda cəmi neçə muncuq
oldu?
Soldakı səbətdə 8, sağdakı səbətdə
isə bundan 4 dənə çox nar var.
Sağdakı səbətdə neçə nar var?
Masada 8 dərslik, 5 nağıl və heyvanlar haqqında 7 kitab var. Kitab rəfinə 12
kitab yerləşir. Elxanın fikrincə, dərslik və heyvanlar haqqında kitabları rəfə tam
yığmaq olar. Sizcə, o, doğrumu fikirləşir? Elxan hansı kitabları rəfə tam yığa
bilər?