Çıxma əməlini geri saymaqla da yerinə yetirmək olar.
Geri saymaqla çıxma ədəd oxunda daha aydın təsvir edilir.
Çıxılan azalandakı təkliklərin sayından kiçik ola bilər. Məsələn, 16 – 4. Bu halda
fərqi tapmaq üçün azalanın təkliklərinin sayı çıxılan qədər azaldılır. Onluqların
sayı isə olduğu kimi qalır.