-
Avtobusda 13 sərnişin var idi. Dayanacaqda onlardan 6-sı düşdü. Avtobusda
neçə sərnişin qaldı?
-
Qutu 8 karandaş tutur. Lalə masadakı
karandaşları bu qutuya yığmaq istədi.
Qutu dolduqdan sonra yerdə neçə
karandaş qalar?
-
Uşaqların alma səbətləri qarışıq düşdü. Onların səbətlərini tapın.
-
Novruz bayramında Əsmər nənə 14 yumurta boyadı. O, yumurta
döyüşdürmək üçün hər uşağa birini verdikdən sonra 6 yumurta qaldı.
Nənə neçə uşağa yumurta verdi?
-
Rəfdə 15 nağıl kitabı vardı. Səbinə onlardan bir neçəsini
oxudu. Rəfdə Səbinənin oxumadığı 9 kitab qaldı. Səbinə
neçə kitab oxumuşdu?
-
Elxanın 13 oyuncaq maşını var. Bu, Samirin maşınlarından
4 ədəd çoxdur. Samirin neçə maşını var?