“Nərdivan” oyunu
Oyunçu sayı: 2 və daha çox Ləvazimat: zər və oyunçu sayı
qədər rəngli düymələr
Oyunun qaydası:
Düymələr başlanğıc xanaya
qoyulur. Hər oyunçu növbə ilə
zər atır. Düşən xal qədər irəli
sayır və düyməsini uyğun xanaya qoyur. Düymə nərdivan olan xanaya düşərsə, onu nərdivanın digər
ucunun olduğu xanaya keçirir. Hər oyunçu 4 dəfə zər atır. Nəticədə ən böyük
ədədə çatan oyunçu qalib gəlir.
Öyrənmə
1-dən 100-ə qədər
ədədləri yüzlük kartda
belə təsvir etmək olar.
Burada ədədlər:
soldan sağa – bir-bir,
yuxarıdan aşağıya isə
on-on artır.
Məsələn, 53 ədədindən
1 vahid kiçik ədəd 52,
1 vahid böyük ədəd 54,
10 vahid kiçik ədəd 43,
10 vahid böyük ədəd isə
63 ədədidir.