Lalə şəkil albomunu bəzəmək üçün kənarını qarışla ölçdü. O, kiçik qardaşından uzunluğu 3 qarış olan lent kəsməyi xahiş etdi. Qardaşı öz qarışı ilə ölçüb 3 qarış uzunluğunda lent kəsdi. Lalə bu lentin qısa olduğunu gördü.
Santimetr ümumi uzunluq vahidlərindən biridir. Qısa olaraq “sm” kimi yazılır. Xətkeşdən istifadə etməklə əşyaların uzunluğunu santimetrlə ölçmək olar.
Əşyanın bu ucu xətkeşdəki ədədlər arasına düşə də bilər. Bu halda onun uzunluğunu təxmini olaraq ən yaxın ədəd götürmək olar.