Samir və Anar futbol oynamaq
üçün bazar günü meydançada
görüşməli idilər. Əvvəl Samir gəldi.
Bir qədər gözləyib getdi. Sonra isə
Anar gəldi. Hər ikisi meydançaya
gəlsə də, onlar görüşə bilmədilər.
Onlar niyə görüşə bilmədilər?
Onlar görüşə bilmək üçün nə etməli idilər?
Açar sözlər
saat
əqrəb
tamam
Öyrənmə
Günün vaxtını dəqiq bilmək üçün saatdan
istifadə olunur. Uzun əqrəb 12-nin üstündə
olanda “Saat tamamdır” deyilir.
Məsələn, şəkildəki saat 7 tamamı göstərir.