Elxan parkda velosiped, skuter və diyircəkli
konki sürən uşaqların sayını cədvələ yazdı.
Cədvələ görə sualları cavablandırın:
a) Skuter sürənlərin sayı diyircəkli konki
sürənlərin sayından neçə nəfər çoxdur?
b) Uşaqlar ən çox nə sürürlər?
c) Parka bir uşaq da gəldi. Bu vasitələri
sürənlərin ikisinin sayı bərabərləşdi.
Gələn uşaq nə sürürdü?
Vasitələr
Uşaqların
sayı
Velosiped
6
Skuter
7
Diyircəkli konki
4
Uşaqlar sevdikləri dondurmaların siyahısını yazdılar. Onlar siyahılara görə
cədvəl tərtib etmək istədilər. Cədvəldə hansı ədədlər olmalıdır? Cədvələ
əsasən sualları cavablandırın:
a) Hər dondurmanı neçə uşaq sevir?
b) Hansı dondurmanı ən az uşaq sevir?
c) Hansı dondurmaları sevən uşaqların sayı
eynidir?
Dondurma
Uşaqların sayı
Şokoladlı
Qaymaqlı
Meyvəli
Mağazada belə bir qiymət cədvəli asılmışdı.
Alıcının 15 manat pulu var idi. O, mağazadan
köynək və kəmər aldı. Onun nə qədər pulu
qaldı?
Cədvələ əsasən əlavə bir neçə sual tərtib edin.