Alış-veriş – pul ödəməklə mal almaq.
Cədvəl – məlumatın sətir və sütunlarla təsviri.
Gün – 24 saata bərabər zaman.
Gün ərzində saatın kiçik əqrəbi iki dəfə
dövr edir.
Həftə – 7 günə bərabər zaman.
Həftənin günləri bir-birini əvəzləyir.
Həndəsi fiqur – müstəvi və fəza fiqurlarına ayrılır.
İl, fəsil, ay – bir ildə 4 fəsil, 1 fəsildə 3 ay var. Bir il 12 aydır.
Aylar ayları, fəsillər isə fəsilləri əvəzləyir.
Ölçmə – hər hansı bir əşyanın ölçüsünün tapılması.
Ölçməklə əşyaların uzunluğunu (hündürlüyünü), ağırlığını, qabların tutumunu müəyyən etmək olar.
Ölçü vahidi – ölçmək üçün istifadə olunur. Nəticəni bildirən ədəddən sonra yazılır. Məsələn, 5 kub, 1 sm, 1 kq, 2 l.