MƏSƏLƏ HƏLLİNƏ
1-ci addım • • •
MƏSƏLƏNİ
ANLA
• • • • • • məsələni başa düşmək
Nəyi tapmalıyam: Anarın ala biləcəyi tortları.
Nə məlumdur: | Anarın 15 manat pulu var. Tortların qiyməti: meyvəli (M) – 6 ₼, şokoladlı (Ş) – 11₼ , karamelli (K) – 8₼ . |
2-ci addım • • •
PLAN
QUR
• • • məsələnin həll yolunu fikirləşmək
Necə həll edə bilərəm: | tortları iki-iki seçib qiymətlərini toplayaram. İki tortu almaq üçün lazım olan məbləği Anarın pulu ilə müqayisə edərəm. |
3-cü addım • • •
HƏLL
ET
• • • • • • məsələni həll etmək
Uyğun misallar yazaram. Hər cəmi 15 ədədi ilə müqayisə edərəm:
Cavab: Anar 15₼ pula meyvəli (M) və karamelli (K) tortları ala bilər.
4-cü addım • • •
YOXLA
• • • • • • cavabı yoxlamaq
Məsələnin həllini necə yoxlaya bilərəm: Anar şokoladlı tort alsa, qalan pula (15₼ – 11₼ = 4₼ ) başqa tort ala bilməyəcək. Ona görə əvvəl meyvəli tort alır. Qalan pula (15₼ – 6₼ = 9₼ ) yalnız karamelli tort almaq olar.