§ 39. «BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ...»
Hər bir xalqın, hər bir millətin ən böyük sərvəti onun azadlığı, müstəqil dövlətə malik olmağıdır. Müstəqillik hədiyyə edilmir. Onu kimsə bəxş etmir. Müstəqilliyə gedən yol böyük
mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq qurbanlar tələb edir. Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqil dövlətçiliyini itirən xalqımız yüz ildən artıq müstəmləkə şəraitində yaşadı. Müstəqil dövləti olmadan yaşadı. Mədəniyyətimiz, dilimiz və dinimiz sıxışdırıldı. Nəzarət altına alındı. Vətənimiz bölündü, parçalandı. Torpaqlarımıza ermənilər və başqa yadellilər köçürülüb gətirildi.
1917 - ci ilin fevralında Rusiyada çar hakimiyyəti devrildi. Tezliklə burada Sovet dövləti quruldu. Bolşeviklər* vətənimizi yenidən Rusiyanın tabeliyində saxlamaq istəyirdilər. Torpaqlarımıza və sərvətlərimizə sahib olmağa çalışırdılar. Güclü dövlət qurmaq üçün bolşeviklərə böyük neft ehtiyatı lazım idi. Ona görə də «qara qızılımız» qarət edilərək Rusiyaya
daşınırdı. Bu məqsədi həyata keçirmək üçün bolşeviklər xalqımızın əbədi düşməni olan ermənilərdən istifadə edirdilər. Xalqımıza qarşı soyqırımı təşkil edildi. Aydın oldu ki, müstəqillik yalnız sərvət, dəyər deyil. Müstəqil dövlət bir xalqın varlığının qorunmasının, təhlükəsizliyinin təminatıdır.1918- ci il mayın 28-də xalqımız müstəqil dövlətçiliyini bərpa etdi, Tiflisdə «İstiqlal bəyannaməsi» elan edildi. Azərbaycan Milli Şurasının (Parlamentinin) qəbul etdiyi bu sənəddə
*Bolşeviklər — Rusiyada çar devrildikdən sonra hakimiyyətə gələn siyasi təşkilatın üzvləri