§ 20. «RƏŞİDİYYƏ» — MƏŞHUR AZƏRBAYCAN
UNİVERSİTETİ
Təbrizin mərkəzi küçələrindən biri ilə gənc bir oğlan addımlayırdı. O, adamlara yaxınlaşır, nə isə soruşur, haranı isə axtarırdı. Sir-sifətindən, geyimindən görünürdü ki, o, yerli adam deyil, əcnəbidir. Karvanla uzaq yol qət edən bu gənc yorğun olmasına baxmayaraq, Təbrizdə olmaqdan məmnun görünürdü. Gənc oğlan küçədə şirniyyat satan bir kişiyə yaxınlaşıb soruşdu: «Rəşidiyyə» mədrəsəsi hansı tərəfdədi?» Kişi mədrəsənin yerini izah etdi. Gənc oğlan həmin yerə tələsdi. O, uzaq ölkədən Təbrizə təhsil almağa gəlmişdi.
Keçmiş zamanlarda Şərq ölkələrində ali təhsil mədrəsələrdə verilirdi. Avropada belə təhsil ocaqlarını universitet adlandırırdılar. Azərbaycanda da çoxlu mədrəsələr fəaliyyət göstərirdi. Mədrəsələrdə təhsil alan gəncl ərə «Quran», tarix, astronomiya, riyaziyyat, fəlsəfə, təbiət elmləri, ərəb, fars dilləri və digər elmlər öyrədilirdi. Burada dövrün görkəmli alimləri, bilikli adamları çalışırdı. Təhsil ocaqları onu yaradan şəxsin, fəaliyyət göstərdiyi yerin və ya orada çalışan məşhur alimin adı ilə adlandırılırdı.
Belə təhsil ocaqlarından biri də Təbriz şəhərindəki «Rəşidiyyə» adlı mədrəsə idi. Bu mədrəsəni 14-cü yüzillikdə dövrün ən böyük Azərbaycan alimlərindən biri olan Fəzlüllah Rəşidəddin yaratmışdı. O, tarix, tibb, təbiətşünaslıq kimi elm sahələrinə aid çoxlu əsərlər
Bu mədrəsə sanki şəhər içində şəhər idi. Ətrafı qala divarları ilə əhatə olunmuşdu. Burada mədrəsə, müəllimlər evi, məscid, qonaq evi, həkimlər evi, rəsədxana, kitabxana, 30 min yaşayış evi və başqa əhəmiyyətli binalar tikilmişdi. Bura elm, mədəniyyət, sağlamlıq mərkəzi idi.