RƏŞİD BƏY ƏFƏNDİYEV. “UŞAQ VƏ QARIŞQA”.
“AYI VƏ QARIŞQA” (Nağıl)
(Nəqletmə xarakterli bədii nümunələr
arasında oxşar cəhətlərin müəyyən edilməsi)
Nəqletmə xarakterli bədii nümunənin ayrı-ayrı elementlərini müəyyənləşdirəndən sonra onları bir araya gətirməklə onun xəritəsini tərtib etmək mümkündür. Bu elementlər nəqli mətnin ümumi cəhətləri hesab edilə bilər. Lakin ayrı-ayrı mətnlərin xəritələrini qarşılaşdırarkən məlum olur ki, onların ümumi cəhətləri ilə yanaşı, fərqli xüsusiyyətləri də mövcuddur. Bu dərsdə siz iki nəqli bədii nümunənin xəritəsini tərtib edəcək, onları müqayisə edəcək, aralarındakı oxşar və fərqli cəhətləri müəyyənləşdirəcəksiniz.
Tapşırıq 1. Rəşid bəy Əfəndiyevin “Uşaq və qarışqa” hekayəsini və “Ayı və qarışqa” nağılını oxuyun. Əsərlərin xəritəsini verilən sxem üzrə tərtib edin.
UŞAQ VƏ QARIŞQA
Novruzdan bir qədər vaxt keçmiş, bahar fəslinin əvvəl vaxtlarında, camaat düz yerlərə və çəməngahlara seyrə çıxdıqları zaman əlində dəyənək bir oğlan uşağı da öz atası ilə gəzintiyə çıxmışdı. Bunlar gəzir və hər şeyə göz gəzdirirdilər. Bu aralıqda bu uşağın gözü bir yerə toplanmış qarışqa topasına sataşdı.
Uşaq əlindəki dəyənəklə qarışqa topasının ortasına vurdu və qarışqalardan bir xeylisini qırıb tələf elədi.
Bu əsnada qarışqanın biri dedi:
— Əzizim, iki gözüm, atandan, anandan, qardaşlarından və başqa nəsil və oymağınızdan ibarət iyirmi-iyirmi beş nəfər şəxs bir otaqda oturduğu əsnada evinizin səqfi çöküb uçsa və bu adamların bir neçə nəfəri altda qalıb əzilsə, xoşuna gələrmi?
Qarışqanın bu sualına uşaq birdən-birə cavab verə bilmədi. Bir müddət xəyala gedib dedi: