Əsər üzərində iş
Tapşırıq 1.
1. Oxuduğunuz “Uşaq və qarışqa”, “Ayı və qarışqa” əsərlərinin xəritələrini qarşılaşdırın.
2. Əsərin elementlərini (bax: səh. 124) verilən sxemin köməyi ilə müqayisə edin. Onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirin.
3. Əsərləri janr xüsusiyyətlərinə görə möqayisə edin.
Nəqletmə xarakterli essenin elementləri
Nəqletmə xarakterli bədii nümunələrin, əsasən, beş elementdən ibarət olduğunu öyrəndiniz: əsərin mövzusu; hadisənin baş verdiyi məkan və zaman; əsərdəki obrazlar; əsərdə ziddiyyət; əsərin hissələri.
Nəqletmə xarakterli esse yazan zaman bu elementlərin nəzərə alınması zəruridir. Bu dərsdə nəqli essenin müxtəlif elementləri baxımından mətnin tərtib edilməsi yollarını öyrənəcəksiniz.