Tapşırıq 1. Həyatınızda baş vermiş və sizdən cəsarətli olmağı tələb edən hadisə ilə bağlı nəqli essenin elementləri özərində düşünün. Səhifə 124-də verilən sxem üzrə iş aparmaqla essenin bütün elementlərinin yerli-yerində olmasını təmin edin:
FUAD TANRILI. “MƏN AZƏRBAYCANILYAM”
(Əsərin nəql edilməsi)
Əziz məktəblilər, bundan əvvəlki dərslərdə siz nəqli mətnlərin bütün elementlərini əks etdirən xəritələri hazırladınız. Həmin xəritələrdən çıxış edərək mətnlərin oxşar və fərqli cəhətlərini müəyyən etməyi öyrəndiniz. Təcrübədən bildiniz ki, nəqli mətnin xəritəsini tərtib etmək onun haqqında hərtərəfli təsəvvür əldə etməyə kömək edir. Bu xəritələr başqa bir məsələ baxımından da çox faydalıdır. Belə ki, mətni nəql edən zaman həmin xəritələr sizə bələdçilik edə bilər.
Tapşırıq 1. “Mən azərbaycanlıyam” mətnini oxuyun. Xəritəsini qurun. Sonra əsərin təqdim edilən qeyd vərəqini doldurun. Ondan istifadə etməklə mətni nəql edin.