ƏSAS HİSSƏ
Altıncı sinif oğlanlarından bir neçəsi bacım Nərgizə qartopu atmağa başladı. Bacımın qorxduğunu hiss etdim. Onların üstünə qışqırdım ki, bacımı qorxutmasınlar. Oğlanlar buna əhəmiyyət vermədilər.
O zaman iki yoldaşımla bacımı dövrəyə aldıq. Biz oğlanların atdığı qar topalarının qarşısını divar kimi kəsmişdik. Beləcə bacımı oradan uzaqlaşdırdıq.
ESSENİN SONU
Çox qorxmuşdum, hönkürüb ağlamaq istəyirdim. İndi heyran qalmışam, bunu necə edə bildim. Nə yaxşı ki o zaman dostlarım mənə kömək etdilər.
İnşa yazının təşkili
Elə yazı nümunələri var ki, orada müşahidə etdiyimizi təsvir etmək, xatırladığımızı nəql etmək bacarığı ilə yanaşı, digər bacarıqlar da tələb olunur. Buraya müxtəlif mənbələrdən məlumatlar əldə etmək, onlardan istifadə etmək, onların əsasında yeni məlumatlar yaratmaq daxildir. Belə yazılar inşa adlanır. Doğrudur, aşağı siniflərdə siz müxtəlif mövzularda inşalar yazmısmız. İndi isə bu yazını daha mükəmməl, qaydalara uyğun yazmağın yollarını öyrənəcəksiniz. Aşağıda verilmiş təlimata əməl etməklə öz kiçik tədqiqat əsərinizi — inşanı yaradacaqsınız.