İlkin nümunənin hazırlanması
Yazının ilkin variantını hazırlayın
İnşanın hissələrini tərtib edərkən onlara verilən tələblərə riayət edin.
GİRİŞ — plan üzrə bu hissəyə aid müddəalar açıqlanır. Yazının məqsədi aydın şəkildə təqdim edilir. “Bu yazını yazmaqda əsas məqsədim nədir?” sualına cavab verilir. Həmin məqsədə çatmaq üçün hansı məsələlərə toxunacağınız barədə də qısaca məlumat vermək lazımdır. İnşa hər hansı bir əsərin, müəyyən problemin, hadisələrin təhlilinə həsr oluna bilər. Bu baxımdan əvvəlcədən yazının hansı məsələ ilə bağlı olması barədə qısaca şərh verilir.