ZƏLİMXAN YAQUB. “BİR DAHİ DOĞULUB
GƏLDİ DÜNYAYA”
(Ümumiləşdirici dərs)
Tapşırıq 1. Əsəri oxuyun. Sinif yoldaşlarınızla müzakirə edin. Əsərin nəqli, yoxsa təsviri mətn olduğunu müəyyən edin. Əsərin mövzusu, ideyası, əsərdəki obrazlar, hadisələrin ardıcıllığı, əsərin hissələri və elementləri (xəritəsi), istifadə edilmiş təsvir vasitələri və s. üzərində düşünün. Fikirlərinizi əsaslandırın.
BİR DAHİ DOĞULUB GƏLDİ DÜNYAYA
Naxçıvanda doğuldu
23-ün mayında.
Güllü bahar fəslinin
ən işıqlı ayında.
Anası İzzət xanım,
atası Əlirza
Şükürlər oxudular
onlara oğul verən
Tanrıya, İlahiyə,
bu bahara, bu yaza.
Ata-ana ad qoyub
adına Heydər dedi,
Bu həyatın barını
dərdikcə, hey dər, dedi.
O boy atıb böyüdü
gündə bir darı boyda,
Ona layla çalanın
xoş arzuları boyda.
Hər anla, hər saatla,
hər fəsillə böyüdü.
Damar-damar bərkidi,
pillə-pillə böyüdü.