— Kim deyir dağıt?
— Kim deyəcək? Şəhərin böyükləri...
Elə bu zaman beş-altı maşın gəlib onların yanında dayandı. Maşından enən adamlar onların yanına gəldilər.
— Bunlar deyir, bağı dağıt, ağacları kəs, gülləri qopar?! Yox, elə iş görmə.
Sonra şəhər rəhbərlərinə tapşırdı:
— Bu torpağı, bu sahəni verirəm bu qocaya. Qanuniləşdirin. Torpağı onu əkib-becərənə verin! — dedi rəhbər.
— Oldu, yoldaş Əliyev! Baş üstə! Oldu!
Bizim nurani qoca bağban eşitdiklərinə o qədər sevindi ki, sanki ürəyində gün doğdu, cavanlaşdı. Yaxınlaşıb rəhbərin əllərindən öpmək istədi. Lakin rəhbər onu qucaqlayıb sinəsinə sıxdı.
- Lazım deyil, — dedi. Bir də gələndə görüm ki, daha yaxşı güllər əkmisən... Vətəni çiçəkləndirmək lazımdır...
Rəhbər getdi. Lakin onun məhəbbəti bağbanın ürəyində qaldı, ağacların da, güllərin də!
Məmməd Namaz
ALQIŞ DEYİM
Alqış deyim bu torpağın nemətinə,
Elin halal qismətinə alqış deyim.
Ürəklərin birliyinə, vəhdətinə,
Hünərinə, zəhmətinə alqış deyim.
Bu zəfərin işığıyla gözlər nurlanır,
Qürurlanır insan oğlu uca dağ kimi.
Ana vətən gözəlləşir, ellər varlanır,
Qızıl payız nübarlıdır ilk bahar kimi.
Xalqın şirin zəhmətini, əməyini
Ümman edən hər damcıya alqış deyim.
Məşəl kimi yandırıb öz ürəyini,
Yol göstərən sükançıya alqış deyim.