Tofiq Mütəllibov
YAXŞILIĞA YAMANLIQ
Sıx meşələrdə
Bir pələng varmış.
Kimi görərsə,
Tez parçalarmış.
Keçib düzlərdən,
Aşıb dağ-dərə
Hücum çəkərmiş
Axşam kəndlərə.
Tapıb ovunu,
Dönərmiş geri,
Hind torpağının
Cəngəllikləri,
Məskənmiş ona.
Pələng bahar, qış
Mağarasında,
Sayıq durarmış.
Bir gözəl səhər
Qızaranda dan
Həmən pələngi
Görüb uzaqdan,
Ovçular nişan
Aldılar onu.
Meşədən qaçqın
Saldılar onu.
Pələng meşədən
Çıxıb sürətlə,
Bir kəndə doğru
Böyük qüvvətlə,
Qaçdı, nə qaçdı.
Elə bil quştək
O qanad açdı.
Elə bu zaman
Tarla boyunca
Arabasıyla
Arıq bir qoca
Un daşıyırdı.
Sevindi pələng:
— Burda bir kələk
İşlədim gərək.
Sonra yanaşdı
Pələng qocaya
Dedi: — And olsun
Ulduza, aya.
Yemərəm səni
Bir fəlakət var
Odur, ardımca
Düşmüş ovçular.
Un kisəsində
Gizlət məni sən,
A kəndli qardaş,
Xeyir görərsən.
Axşam düşəndə
Aşıb dağ-dərə
Hücum çəkmərəm
Bir də kəndlərə.
Onun sözünə
İnandı kəndli.
Yamanca yerdə
Aldandı kəndli.
Dedi: — Yazıqdır,
Xilas edim mən
Yaxşılıq gəlmiş
Hər vaxt əlimdən.
Qoca kəndliyə
Gələrək kələk
Un kisəsində