Məmməd Araz
BİZİ VƏTƏN ÇAĞIRIR!
İndi bizim ölümlə,
Çarpişan çağımızdı.
Ölümün boğazından,
Yapişan çağımızdı.
Ölümlə tərcümansız
Danışan çağımızdı.
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!
Bu, ölüm-qan yoludur,
Ölümdən, qandan keçir.
Bir qolu da qıvrılıb
Azərbaycandan keçir.
Dövran bizdən bac alır,
Şöhrət bizdən yan keçir.
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!
Bu yolda əyilənə:
“Ölüm haqdı”, — deyirik.
Əbədi məzarımız
Bu torpaqdı, deyirik.
Vətən göyü dəyişməz
Göy bayraqdı, deyirik.
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!
Bu, səhra məhkəməsi,
Bu onun qərarıdı:
“Bircə addım arxada
Son ümid divarıdı!”
Bu yurdda yaşamağa
Haqqı yox, — fəraridi!