Bədii əsərlərdə yazıçı müşahidə etdiyi və xəyalında canlandırdığı
əşya və hadisələri təsvir edir. Oxucu haqqında danışılan
əşya, hadisə və ya mənzərəyə istər-istəməz yazıçının gözü ilə
baxır, təsnir edilənlər oxucunun daxili aləminə güclü təsir etməklə
uzun müddət onun yaddaşında qalır.