Rəşid bəy Əfəndiyev 1863-cü ildə Şəkidə anadan olmuşdur. XIX-XX əsrlər Azərbaycan müəllimi maarifçisi və yazıçısıdır. Ömrünü məktəb işinə, dərsliklərin və uşaq pyeslərinin yaranmasına həsr etmişdir. Onun “Bəsirətül-əffal” kitabı Azərbaycanın ilk dərs kitablarındandır. 1942-ci ildə Şəkidə vəfat etmişdir. “Uşaq bağçası” (1818), “Bəsirətül-ətfal” (1902) dərsliklərinin müəllifidir. “Qanocağı”, “Saqqalın kəraməti”, “Puldəlisi”vəs. kitabları müxtəlif illərdə işıq üzü görmüşdür.
Səməd Vurğun (Vəkilov) 1906-cı ildə Qazax rayonunda anadan olmuşdur. Azərbaycan şeirinin ən görkəmli nümayəndələrindən biridir. Elə bir azərbaycanlı yoxdur ki, şairin “Azərbaycan” şeirini əzbər bilməsin. Xalqına, vətəninə məhəbbətlə dolu əfsanəvi və tarixi mövzularda poemaları müasir Azərbaycan ədəbiyyatının nadir inciləridir. “Xalq şairi”fəxri adı Azərbaycanda ilk dəfə Səməd Vurğuna verilmişdir. Tərcümə ilə də məşğul olmuş, tərcümə etdiyi əsərlərə görə yüksək mükafatlara layiq görülmüşdür. 1956-cı ildə 50 illik yubileyi təntənəsindən iki həftə sonra vəfat etmişdir.
İbrahimbəy Musabəyov 1880-ci ildə Qutqaşendə (indiki Qəbələ şəhərində) anadan olmuşdur. İlk təhsilini doğma Qutqaşendə alan İ.Musabəyov Zaqafqaziya Müəllimlər Seminariyasını bitirmişdir.
1913-cü ildən ədəbi fəaliyyətə başlayan İ.Musabəyov hekayələrini “Məktəb” jurnalında, iri həcmli əsərlərini isə müxtəlif nəşriyyatlarda kitabça şəklində çap etdirirdi.
Ən böyük əsəri ilk dəfə 1916-cı ildə kitab şəklində çap olunmuş “Neft və milyonlar səltənətində” povestidir. 1916-cı ildə həmin povestin əsasında “Filma” fransız kino şirkəti dörd seriyadan ibarət kinofilm çəkmişdir ki, burada məşhur Azərbaycan aktyoru Hüseyn Ərəblinski, xanəndə Cabbar Qaryağdıoğlu, tarzən Qurban Pirimov, Mirmahmud Kazımovski də iştirak etmişdilər.
1942-ci ildə Karaqanda şəhərində vəfat etmişdir.