MİXAİL PRİŞVİN. “TALA”
(Əsər üzərində iş)
Tapşırıq 1. Mixail Prişvinin “Tala” əsərini oxumazdan əvvəl “Oxudan əvvəl” təlimatını (səh.12) yerinə yetirin.
Tapşırıq 2. Mixail Prişvinin “Tala” hekayəsini ifadəli oxumağa çalışın. İdeyanı müəyyən etmək üçün aşağıda verilən sxemdən istifadə edin. Əvvəlcə sxemi dəftərinizə çəkin. Əsərin mövzusunu (əsərdə nədən bəhs edilir) müəyyənləşdirin və birinci çərçivəyə yazın. Hər abzasda ifadə edilən fikri müəyyən edib sıra ilə düzülmüş xanalara yazın*.
* Çərçivələrin sayını müəyyən edilmiş fikirlərin sayı qədər artırmaq olar.