Tapşırıq 2.
1. Şeiri oxuduqdan sonra “Oxudan sonra” təlimatını (səh. 16) yerinə yetirin.
2. İlk iki bənddən sonra irəli sürdüyünüz fərziyyənin doğru olub-olmadığını müəyyən edin.
3. Şeirin ideyasını müəyyən edin.
Layihə. “Ən gözəl” şeirini bir daha diqqətlə oxuyun. Əsərdə hansı faktlar xalqın bir məqsəd uğrunda birləşməsini göstərir? Yaxşı lider öz ölkəsi üçün nələr edə bilər? Təqdimat hazırlayın.
SÜLEYMAN RÜSTƏM. “AZƏRBAYCANA GƏLSİN”
(Əsər üzərində iş)
Tapşırıq 1. Şair Süleyman Rüstəmin “Azərbaycana gəlsin” şeirini oxumazdan əvvəl hazırlıq işləri aparın. Qeydlər götürün. Şeiri oxuyun. Əsərin ideyasını tapın. Nəticələrinizi əvvəlcə kiçik qrupda, sonra isə bütün siniflə müzakirə edin.
AZƏRBAYCANA GƏLSİN
Vətənimin seyrinə çağırıram elləri,
Sərvət görmək istəyən Azərbaycana gəlsin.
Bəzənib başdan-başa şəhərləri, kəndləri,
Cənnət görmək istəyən Azərbaycana gəlsin.
Qanımızda dövr edən sədaqətdir, sədaqət,
Günəşdən də parlaqdır gözümüzdə həqiqət.
Dostuna, qardaşına təmənnasız məhəbbət,
Hörmət görmək istəyən Azərbaycana gəlsin.
Gözəlliklər vətənə gözəllərindən gəlir,
Dostluğun, qardaşlığın təməllərindən gəlir,