“Üçrəngli bayraq” mövzusunda
essenin yazılması
Bundan əvvəl siz inşa, esse yazmısmız. Yadınıza salın, bunu necə etmisiniz?
Gəlin razılaşaq ki, çox nadir hallarda birdəfəyə mükəmməl bir inşa və ya esse yazmaq mümkündür. Hətta məşhur yazıçılar belə nə isə yazmazdan əvvəl mövzu ilə bağlı araşdırmalar aparırlar. Yazıya başlamazdan əvvəl mətn üçün plan qururlar. Sonra həmin plan üzrə mətni yazırlar. Bütün bunların necə baş verdiyini öyrənmək üçün isə aşağıdakı məsələləri bilmək lazımdır.
Esse nadir? Esse fransız sözü olub, mənası təcrübə, sınaq, oçerk deməkdir. Essenin ilk nümunəsini fransız yazıçısı və filosofu M.Monten yazmışdır. Esse ədəbiyyatda bir janr olub, müəllifin hər hansı mövzu ilə bağlı düşüncələrini və hisslərini şərh edən kiçik bədii nümunədir. Essenin dili həm danışıq dilinə yaxın, həm də obrazlı olur. Esse müxtəlif xarakterli olur: nəqli, təsviredici, tədqiqat, mühakimə. |
Esse yazmaq sizə nə üçün lazımdır? Esse fikirlərinizi obrazlı ifadə etmək üçün yazdığınız ilk yazıdır. Esse yazarkən müstəqil şəkildə yaradıcılıqla məşğul olursunız. Bu zaman siz daha məhsuldar düşünməyi öyrənəcəksiniz. |
Təsviredici esse necə yazılır? Təsviredici esse yazarkən ətrafdakı əşya və hadisələri çox diqqətlə müşahidə etmək lazımdır. Çünki gördüklərinizi və eşitdiklərinizi bədii şəkildə təsvir etməlisiniz. Esse yazan zaman təsvir etdiyiniz bir əşya və hadisənin xüsusiyyətlərini digər əşya və hadisənin xüsusiyyətləri ilə qarşılaşdırmaq, müqayisə etmək yazının dəyərini artıran hal hesab olunur. |