İBRƏTAMİZ HEKAYƏLƏR
(Təsviri mətndə dəqiqləşdirici faktlar)
Hər hansı əşya, hadisə, yaxud məkanı təsvir edərkən daha dəqiq təsəvvür yaratmaq üçün faktlardan istifadə etmisinizmi? Baxdığınız bir film haqqında yoldaşınıza danışan zaman filmin adını, aktyorların adlarını deyin. Bütün bunlar faktlara aiddir. Bədii nömunələrdə də adlar, tarixlər, saylar və digər məlumatlar belə faktlara aiddir. “Soyuq fevral gecəsi idi” cömləsində “fevral” hadisənin nə zaman baş verdiyini təsvir edir.
Məktəbinizi təsvir edərkən onun tutumu haqqında daha dəqiq təsəvvür yaratmaq istəyirsmizsə, “Məktəbimizdə xeyli şagird təhsil alır” yox, “Məktəbimizdə 1200 şagird təhsil alır” yazmaqla faktı dəqiq təsvir edirsiniz.
Başqa bir nömunə: Evinizin yanındakı parkın nə qədər gözəl və insanların istirahəti üçün rahat bir yer olduğunu təsvir etmək istəyirsinizsə, müxtəlif faktlar daxil etməklə fikrinizi asanlıqla oxucuya çatdıra bilərsiniz: “Ulu öndər Heydər Əliyevin adını daşıyan bu yaraşıqlı parkda hər gün yüzlərlə insan səmərəli və xoş istirahət edir”. Faktlardan çox istifadə edilən bədii mətnlərə bədii-sənədli mətnlər deyilir. Faktlar təsvir edilən mənzərə haqqında təsəvvürü dəqiqləşdirir. Bu cür mətnlərdə, adətən, real tarixi şəxsiyyətlərdən bəhs edilir. Müəllif həyatda olan, dünyasını dəyişən bir şəxsiyyət seçərək onun həyatını təsvir edir. Bu zaman qəhrəmanın adı və həyatında baş verən hadisələr dəyişdirilmədən bədii dillə təqdim edilir. Gələcək dərslərimiçdə siz bədii-sənədli mətnlərin maraqlı nümunələri ilə tanış olacaqsınız.
Tapşırıq 1. İbrətamiz hekayələri oxuyun. Faktların dəqiq təsvir edildiyi məqamları seçin. Onların növlərini müəyyən edin. Aşağıda təqdim edilən cədvəli dəftərinizə çəkin və aşkar etdiyiniz faktları cədvəldə yazın.
Abzas | Nümunə | Təsvir edilən fakt (ad, tarix, say və s.) |