Yaradıcı tətbiqetmə:
Sinifdənxaric oxu materiallarından Hüseyn Arifin “Azərbaycan” şeirini oxuyun. Təsvir edilmiş faktları (ad, tarix, say və s.) müəyyən edin və qruplaşdırın. Nəticələri əks etdirən məlumat hazırlayın.
ZƏLİMXAN YAQUB. “QARA XƏBƏRİN ACISI”
(Müstəqil iş)
1. Aşağıda təqdim edilən “Əşya və hadisələrin təsvirinin qiymətləndirilməsi cədvəli” ilə tanış olun. “Qara xəbərin acısı” şeirini cədvəl əsasında dəyərləndirməyə çalışın. Fikirlərinizi yazılı şəkildə əsaslandırın.
Mətndə əşya və hadisələrin təsvirinin qiymətləndirilməsi | |||
Meyarlar | Nümunələr | ||
Bədii | Hiss | Fakt | |
Oxucuda əşya və hadisə haqqında aydın təsəvvür yaratmaq üçün təsvirlərdən (bədii, hiss, fakt) istifadə edilibmi? | |||
Əgər belə təsvirlər varsa, onlar təsvir edilən əşya və hadisənin əsas xüsusiyyətlərini əks etdirirmi? | |||
Təsvir edilən əşya və hadisənin qeyri-adiliyini əks etdirən məqamlar varmı? |
Yuxudan qaldırdılar
məni, qəfil yuxudan,
Rəngim ağappaq oldu
səksəkədən, qorxudan.
Gördüm başımın üstə
dayanıb Bəhlul balam,
O anda, o saatda
baxışı məlul balam.