Esse üzərində iş
Tapşırıq 1. “Qışda şəhərimiz (kəndimiz, qəsəbəmiz)” mövzusunda esse yazmazdan əvvəl bədii təsvir vasitələri, həmçinin duyğuların və faktların təsvirinə dair hazırladığınız nümunələri qiymətləndirin. Bunu necə etmək lazımdır?
Siz artıq essedə istifadə edəcəyiniz ayrı-ayrı məqamların təsvirinə dair nümunələr hazırlamısınız. Onları cədvələ daxil etmisiniz. Həmin cədvələ bir daha nəzər salın. Fikirləşin, bu təsvir nümunələri fikri oxucuya çatdırmaqda yardımçı ola bilərmi? Əgər siyahıda əsas fikirlə bağlı olmayan təsadüfi məqamlar aşkar etsəniz, onları silin. Əsas fikri çatdırmaqda sizə ən gərəkli olan təsvirləri saxlayın. Düşünürsünüz ki, bunlardan hansının daha vacib olduğunu necə bilmək olar? Bunun üçün siz həmin nümunələri qiymətləndirməyi bacarmalısınız. Düzgün qiymətləndirmək üçün isə sizə meyarlardan istifadə etmək lazımdır. Bu meyarlarla əvvəlki dərslərdən tanışsınız. Xatırlayırsınızmı, həmin meyarlar aşağıdakılardır:
Tapşırıq 2. Ayrı-ayrı məqamları təsvir edən (bədii təsvir vasitəsi, duyğular, fakt) nümunələri yazıya daxil etməyin müxtəlif yolları var. “Qışda şəhərimiz (kəndimiz, qəsəbəmiz)” mövzusunda esse yazmaq üçün hazırladığınız nümunələri yazıda yerləşdirin. Esseni tərtib edin.
Artıq hazırladığınız təsvir nümunələrini yararlılıq baxımından qiymətləndirməyi öyrəndiniz. Bildiniz ki, düzgün seçilmiş nümunə o nümunədir ki, mətndəki ideyanın (fikrin) çatdırılmasına kömək etsin. Amma bundan sonra da qarşıda görülməli bir sıra işlər var. Artıq seçilmiş təsvir nümunələrini mətnə elə ardıcıllıqla daxil etməlisiniz ki, nəzərdə tutulmuş fikrin formalaşmasına xidmət göstərsin. Buna nail olmağın iki yolu var: