Bədii əsərlərin hissələri
ALEKSANDR PUŞKİN. “QIŞ SƏHƏRİ”
(Bədii əsərin hissələri)
Mətn yazılarkən ideya müəyyənləşdirilir. İdeyanı obrazlı təqdim etmək üçün müxtəlif məqamların bədii təsvirindən istifadə edilir. Hazırlanmış belə təsvir nümunələri müəyyən ardıcıllıqla mətnin uyğun gələn hissələrinə daxil edilir. Bədii mətnlərdə hər bir hissənin özünün konkret vəzifəsi olduğundan həmin nümunələrin yerləşdirilməsində diqqətli olmaq lazımdır. Bədii mətnlərdə bu hissələr və onlara verilən tələblərlə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.
Yığcam plan | |
Giriş | - Təsvir ediləcək əşya və ya hadisə ilə tanışlıq - Əsas fikirlə əlaqə yaradan məqamların təqdim edilməsi |
Əsas hissə |
- Düşüncələrin və hisslərin əks etdirilməsi - Əşya və hadisələrlə bağlı təsvirlərin ardıcıllığının məkan və ya əhəmiyyətlilik baxımından müəyyənləşdirilməsi |
Nəticə | Təsvirlərin yekunlaşdırılması |
Tapşırıq 1. Oxuya hazırlıq işləri aparın. Təqdim edilən cədvələ yenidən nəzər salın. “Qış səhəri” şeirini oxuyun və yuxarıdakı cədvəllə əlaqələndirin. Mətnin hissələrini müəyyən edin.