Essenin hissələrinin yaradılması
Siç artıq bədii mətnlərin ideyasını, təsvir vasitələrinin köməyi ilə fikirləri obrazlı şəkildə təqdim etməyin yollarını bədii nömunələr əsasında öyrəndiniz. Özünüz də belə nömunələr yaratdınız. Həmçinin siz bədii nömunələrin hissələrini möəyyən etməyə dair müəyyən bacarıqlara yiyələndiniz. İndi isə təsviredici mətnin ayrı-ayrı hissələrinə verilən tələblərə uyğun esse yazacaqsınız.
Tapşırıq 1. Əldə etdiyiniz təcrübəyə əsasən “şəhidlər xiyabanı”, “20 Yanvar günü biz nə edirik?”, yaxud marağınıza uyğun seçdiyiniz digər mövzulardan birində təsviri esse yazın. Onun hər bir hissəsini şərtlər nəzərə alınmaqla tərtib edin.
Esse üzərində iş: yazılmış essenin
yoxlanması
Siz artıq təsviri essenin yazılmasına verilən tələbləri öyrəndiniz. Müstəqil şəkildə esse tərtib edirsiniz. Lakin “Yazı prosesi” mövzusundan da öyrəndiyiniz kimi, yazının bitməsi, hələ yazı prosesinin bitməsi kimi dəyərləndirilməməlidir. Yazı başa çatdıqdan sonra hazırlanmış mətn yoxlanmalıdır.
İndi isə “şəhidlər xiyabanı”, “20 Yanvar günü biz nə edirik?”, yaxud marağınıza uyğun seçdiyiniz digər mövzulardan birində yazdığınız essenin yoxlanması və qiymətləndirilməsi üzrə iş aparılacaq. Yazını yoxlamaq üçün onu ən azı iki dəfə oxumaq lazımdır. Birinci oxuda məzmun və mətnin tərtibi, ikinci oxuda isə yazının üslubu yoxlanılacaq. Yazının üslubu barədə siz gələcəkdə öyrənəcəksiniz. Amma elə sadə məqamlar var ki, onları bilmədən hər hansı yazını tərtib etmək mümkün deyil.