Kiçik yaşlarınızda olanda ata-ananız, yaxud nənə-babanız sizə müxtəlif nağıllar (“Cırtdan”, “Göynək Fatma”, “Tıq-tıq xanım”), ya da başlarına gələn hağisələrdən danışarğılar. Belə mətnlər nəqli mətnlər adlanır. Nəqli mətnlər, əsasən, keçmişdə baş verən hadisələrdən bəhs edir. Nağıllar, əfsanələr, təmsillər, rəvayətlər, hekayələrin bir qismi nəqli mətn nümunələridir. Bu əsərlər insanların zövqünü oxşamaqla yanaşı, həm də onları düşünnürür, tərbiyə edir. Belə bədii nümunələr uzun illər toplanmış həyat təcrübəsini öyrənməknə və onlardan nəticə çıxarmaqda insanlara kömək edir.