Tapşırıq 2.
İdeyanı müəyyən etmək məqsədi ilə əsəri bir daha nəzərdən keçirin. Hadisələri bir-birindən ayırıb hər hadisədən irəli gələn fikirləri müəyyənləşdirin.
Tapşırıq 3.
Hekayəni oxuduqdan sonra “Oxudan sonra” təlimatını (səh.16) yerinə yetirin.
MUSTAFA ÇƏMƏNLİ. “İGİD MÜBARİZ”
(Əsərdə proqnozlaşdırma)
İstənilən mətni oxumazdan əvvəl proqnozlaşdırma aparmaq lazımdır. Proqnozlaşdırma əsəri daha dərindən dərk etməyə kömək edir. Proqnozlaşdırma mətnin oxusuna başlayarkən ömumi şəkildə aparılır: “Bu əsərdə nədən bəhs ediləcək?” Oxu davam etdikcə “Bu abzasda nədən danışılacaq?”, “Bu hadisədən sonra nə baş verəcək?”, “Bu sözdən sonra qarşı tərəf nə cavab verəcək?” kimi ayrı-ayrı məqamları proqnozlaşdırmaq olar.