Aldığımız informasiyanı müxtəlif formalarda saxlaya,
yaxud təqdim edə bilirik.
İnformasiyanın növündən və məqsəddən asılı olaraq təqdimetmə forması seçilir. Eyni bir mənzərəyə baxan
şair onu
şeirlə, rəssam rəsmlə, bəstəkar musiqi ilə ifadə edir.
Xəzər dənizinin təqdim olunan formalarından hansı informasiyaları alırsınız?
F Ә A L İ Y Y Ә T
İnformasiyanın müxtəlif formalarda göstərilməsi
Aşağıdakı informasiyaları müxtəlif formalarda göstərin.
1. Sinifdə 12 oğlan və 6 qız var.
2. Oğlanların sayı qızlardan 2 dəfə çoxdur.
3. Yağış yağır.
4. Düz getmək qadağandır.
Müzakirə edək:
İnformasiyaların hansı formada təqdim edilməsi daha anlaşıqlıdır?
İnformasiyanı müxtəlif şərti işarələrlə də təqdim etmək olar.
İnformasiyanı təqdim etmək üçün istifadə olunan şərti işarələr
sisteminə kod deyilir. İnformasiyanın hər hansı kodla göstərilməsi isə kodlaşdırma adlanır.