Kompüterin iş masasının araşdırılması
Göstərişləri yerinə yetirin, sualları cavablandırın.
- Kompüterinizin ekranında neçə simgə var?
- “Computer” və digər simgələr ekranın harasındadır?
- “Start” düyməsi harada yerləşir?
- Ekranda saat indikatoru harada yerləşir?
- Klaviaturanın dil indikatorunu tapın. Siçanın göstəricisini onun
üzərinə aparıb gözləyin. Klaviaturada hansı dil aktivdir?
- Siçanın göstəricisini “Recycle Bin” simgəsinin üzərinə aparın və
sol düyməni basın. Nə baş verdi?
- Ekranda olan digər simgələri seçdirmək üçün nə etmək lazımdır?
- Yenə də siçanın göstəricisini “Recycle Bin” simgəsinin üzərinə
aparın və sol düyməni basıb saxlamaqla siçanı hərəkət etdirin.
Siçanın düyməsini buraxın. “Recycle Bin” simgəsində hansı
dəyişiklik baş verdi?