Kompüterdə qovluqlarla iş
Göstərişləri yerinə yetirin və sualları cavablandırın.
-
İş masasının ixtiyari yerində siçanın sağ düyməsini çıqqıldadın.
Açılan menyudan New⇨Folder komandasını seçin. Siçanın göstəricisini iş masasının başqa bir
yerində çıqqıldadın. İş masasında
hansı dəyişiklik baş verdi?
-
Yeni yaratdığınız qovluğun simgəsi üstündə siçanın sağ düyməsini
çıqqıldadın. Açılan menyudan Rename bəndini seçin və seçdirilmiş
yerdə öz adınızı yazın. <Enter> klavişini basın. Nə baş verdi?