Şəkil fraqmentinin yerinin, ölçülərinin dəyişdirilməsi və çoxaldılması
Göstərişləri yerinə yetirin və sualları cavablandırın.
-
Qrafik redaktorda ağac şəkli çəkin. Bunu hansı alətlər vasitəsilə
etmək olar?
-
Alma şəkli çəkin. Bu zaman hansı
alətlərdən istifadə etdiniz?
-
Almanı çoxaldıb ağacda yerləşdirin. Bunun
üçün seçdirmə aləti vasitəsilə almanı
seçdirin. Sonra <Ctrl> klavişini basıb saxlayın. Seçdirilmiş fraqmenti hərəkət etdirib
ağacın istədiyiniz budağına
yerləşdirin və siçanın sol düyməsini buraxın. Əməliyyatları
lazım olan sayda təkrarlayın və <Ctrl> klavişini buraxın. Neçə
alma yerləşdirdiniz?
-
İndi ağacı seçdirin və onu yuxarıdakı qaydada
çoxaldın. Neçə ağac çoxaltdınız?
-
Ortadakı ağacın ölçüsünü kiçildin. Bunun üçün
onu seçdirin və künclərdəki tutacaqların birindən
dartmaqla fraqmenti kiçildin. Yanlardakı tutacaqlardan tutub sıxsanız, şəkil necə görünər?
- Şəklə günəş, torpaq əlavə edə bilərsiniz.