Məsələnin alqoritminin yazılışı
Aşağıdakı məsələnin həll alqoritmini yazın.
Siçan damalı vərəqin qırmızı xanasındadır. Vərəqin müxtəlif xanalarında buğda dənələri var. Siçana elə komandalar vermək lazımdır ki,
bütün buğdaları yeyə bilsin. Eyni xanadan iki
dəfə keçmək olmaz.
Siçan aşağıdakı komandaları icra edə bilir:
→n
↑n
←n
↓n
✓
– n xana sağa
– n xana yuxarı
– n xana sola
– n xana aşağı
– buğdanı ye
Müzakirə edək:
- Siçan üçün neçə yol göstərmək olar?
- Hansı yol daha qısadır?
- Alqoritmi hansı şəkildə yazmaq daha əlverişlidir?
- Bu alqoritmi sözlərlə yazmaq olardımı?
- Yazılmış alqoritmin icraçısı kimdir?