Ötən dərsdə İnternetdə hər çeşiddə ağlasığmaz sayda
informasiya
resursunun olduğu qeyd edilmişdi. Oradan hər kəs öz məqsədinə
və istəyinə uyğun müxtəlif resurslar əldə edə bilər.
Bəs bütün bu informasiya resursları harada yerləşdirilir? Bu
informasiyalara necə baxmaq olar?
F Ә A L İ Y Y Ә T
İnternetdə veb-səhifələrə baxılması
Göstərişləri yerinə yetirin.
Kompüterin iş masasında simgələrindən birini
tapıb
ikiqat çıqqıldadın. Proqram pəncərəsi açılacaq. Kompüterinizdə bu simgələrdən hansı var?
Proqram pəncərəsində ünvan zolağını tapın. Ünvan zolağı harada yerləşir?
Ünvan zolağında aşağıdakı sətirlərdən birini yığıb <Enter> klavişini basın:
uzeyir.musigi-dunya.az;
eco.preslib.az; scwra.gov.az.
Ekranda aşağıdakı görüntülərdən hansı açıldı?
Siçanın göstəricisini yazıların üzərində gəzdirin. Əgər göstərici şəklini alarsa, demək, həmin yazıdan başqa
yazılara keçid var.
Belə yazıları çıqqıldadın. Yeni açılan səhifələrlə tanış olun.
Əvvəlki səhifəyə qayıtmaq üçün pəncərənin ünvan zolağında düyməsini çıqqıldadın.
Müzakirə edək:
eco.preslib.az səhifəsində hansı ekoloji problemlər barədə danışılır?
Ü.Hacıbəyli haqqında nə bilirsiniz?
Azərbaycanda hansı dinlərin nümayəndələri yaşayır?