Hər hansı musiqi alətini gördükdə və ya musiqi ilə əlaqədar bir təsviri sənət nümunəsinə tamaşa etdikdə mütləq hansısa bizə tanış olan melodiya yadımıza düşür. Musiqi ifaçılarının təsviri hələ qədim Misir və Hindistan abidələrində öz əksini tapmışdır.
Toğrul Nərimanbəyovun “Bakıda toy” adlandırdığı tabloda Bakı adət-ənənəsinə uyğun keçirilən toy təsvir edilir. Tablodakı təsvir sanki musiqi sədalarını olduğu kimi çatdırır. Nəinki insanlar, hətta səmada quşlar belə musiqinin təsiri altındadır.