Həyatda elə insanlar var ki, onlar bütün ömrünü xalqının xoşbəxtliyi uğrunda mübarizəyə həsr edir. Belə şəxsiyyətlərdən biri də Ulu öndər Heydər Əlirza oğlu Əliyevdir. Heydər Əliyev uzun müddət Azərbaycana rəhbərlik etmiş, xalqın rifahı uğrunda var gücünü sərf etmişdir. Ümummilli liderin obrazı bir çox təsviri incəsənət nümunələrində öz əksini tapmışdır. Rus rəssamı Nikas Safronovun, Tahir Salahovun, Sakit Məmmədovun, Rafael Abbasovun əsərlərinäə böyük şəxsiyyətin unudulmaz obrazı yaradılıb.
Azərbaycanın Xalq rəssamı, heykəltəraş Ömər Eldarovun Bakıdakı «Heydər» heykəli və Naxçıvandakı «Heydər» büstü Ulu öndərə həsr olunan gözəl heykəltəraşlıq nümunələri hesab oluna bilər.