Gündəlik məişətdə, əməkdə insana yardım edən və bayramların bəzəyi sayılan xalq sənəti nümunələri — qab-qacaqlarla yaxından tanış olaq.
Necə istifadə edildiyindən, formasından asılı olmayaraq, onların üzərindəki naxışlar xeyirxahlıq və səadət rəmzləri sayılardı.
Onların hər birinin özünəməxsus hazırlanma şəraiti, emaletmə üsulu olduğu üçün əşya üzərindəki bədii obrazlar da müxtəlif alətlərlə işlənir: gil əl ilə yoğrulub yapılır, ağac iskənə ilə oyulur, mis zərb və kəsici alətlə döyülür və cızılır, bürünc isə əridilərək qəlib formaya tökülür.
Güvəc — gildən hazırlanan dar boğazlı qab, küpə.
Şir — dulusçuluq məmulatlarının üzərinə çəkilən şəffaf, qoruyucu məhlul.