Xalçalarımızı bəzəyən, naxış və simvollara çevrilmiş obrazlar tikmə üsulu ilə parça və geyimləri bəzəyərdi. Xalq tikmələrində təsvir motivləri, kompozisiya quruluşu və istifadə olunan materiallar fərqli olar və naxıştikmə adlanardı.
Tikmə növləri müxtəlifdir: güləbətin, təkəlduz, muncuqtikmə və digərləri. Tikmələrin sirri nəsildən-nəslə ötürülərdi: nənədən anaya, anadan qıza.
Güləbətin üsulunun əsas xüsusiyyəti — birrəngli, qabarıq siluetli naxışların olmasıdır. Tünd-qırmızı, bənövşəyi, yaşıl rəngli parçalar üzərindəki naxışlar qızıl və gümüş saplarla tikilir. “Güləbətin” sözü gülsifət, bəniz, sima kimi səslənir. Bu tikmə üsulu ilə tikilən kompozisiyalarda dalğavari, çarpaz, sınıq xətlərdən istifadə olunur.
Yaradıcı araşdırma: tikmələrdə açıq kompozisiya.
Güləbətin tikmə üsulu. Araqçın
Araqçın üzərində birrəngli sadə naxış-işarələr təkrarlanaraq ornamental haşiyə yaradır. Haşiyə - naxışlı zolaq açıq kompozisiyanı təşkil edir.
|