Əcdadlarımızın həyat salnaməsi xalq geyimlərinə
və xalça sənətinin naxışlarına, simvollarına hopub.
Xalçanın ruhu — onun naxışlarındadır. Hər naxışın
öz adı, öz mənası var. Bu işarələrin dili ilə tanış
olacaq, onları bəzəyən simvolların mənasını biləcəksiniz.
Xalq geyimləri və xalça növləri haqqında məlumat
alacaq və maddi-mədəniyyət nümunələrimizlə tanış
olacaq və onları bir-birindən fərqləndirməyi bacaracaqsınız.