Bu bölmədə dekorativ-tətbiqi sənətin insan və cəmiyyətin həyatında oynadığı rolu haqqında biləcəksiniz.
Dekorun insanların cəmiyyətdə rolunu müəyyən etdiyini, onlar arasında necə ünsiyyət yaratdığını anlayacaqsınız.
Müxtəlif dövr və ölkələrin incəsənətində dekorativ-tətbiqi sənətin necə yarandığının və inkişaf etdiyinin şahidi olacaqsınız.
Geyim və interyer haqqında bilikləri yaradacağınız rəsmlərdə tətbiq etsəniz, onları daha da mənalı etmiş olacaqsınız.