Orta əsrlərdə, Qərbi Avropada insanın cəmiyyətdə hansı təbəqəyə aid olduğunu göstərən daha bir fərqləndirici nişan mövcud idi. Bu, hərbi-zadəgan təbəqəsinin qalxan və dəbilqəsinə, bayraq və at çuluna vurulan şəxsi nişan — gerb idi. Gerb üzərindəki nişanlar polad geyimli cəngavərlərə bir-birini uzaq məsafədən tanımağa xidmət edərdi.
Emblem — hər hansı ideya və ya anlayışın simvolik, şərti təsviridir: məsələn, at nalı — uğur emblemi sayılır.
Gerb — zadəgan nəslinə, şəhərə, ölkəyə mənsub, nişan və emblem təsviri olan lövhə-qalxan.
Gerbdə olan hər bir nişan və rəng müəyyən mənaya malik idi və onu daşıyan şəxs haqqında simvolik informasiya verərdi. Gerb — nəslin ləyaqət rəmzi sayılardı.
|
Heraldika — gerb və nişanları öyrənən elm sahəsidir.
Yaradıcı araşdırma: gerbdəki heraldik və qeyri-heraldik fiqurlar
Heraldik fiqur — üfüqi, şaquli və diaqonal üzrə olur. Burada əsas simvol-elementlər müxtəlif rəng çalarlarıdır.
Əsas heraldik fiqurlar
Qeyri-heraldik fiqurlar — təbii, süni və əfsanəvi olur. Müxtəlif canlı və cansız varlıqların simvolik təsvirindən ibarətdir.
Əsas qeyri-heraldik fiqurlar