Dərsliyin bu bölməsində tanış olacağınız əsərlər — müasir dekorativ-tətbiqi sənətin nümunələridir. Bu sənət əsərlərinə keramika, şüşə, metal, oyma, vitraj, qobelen, batika aiddir. Dövrümüzün incəsənəti sayılan və bu yaxınlarda yaradılan sənət nümunələrini sərgi salonları və bədii qalereyalarda seyr etmək mümkündür.